qanun.info.az
qanun.info.az

Bu günün havası - 28 dərəcəyə qədər isinəcək

Bu günün havası - 28 dərəcəyə qədər isinəcək
14-09-2019, 11:18 34 dəfə baxılıb

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında 24-27, Bakıda 24-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu aranda 23-28, dağlarda isə 10-15 dərəcə isti təşkil edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA