qanun.info.az
qanun.info.az

Nazir yol polisinin bütün şəxsi heyətini sərəncama göndərdi

Nazir yol polisinin bütün şəxsi heyətini sərəncama göndərdi
14-01-2020, 11:00 6 dəfə baxılıb

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi ilə bağlı əmr verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, əmrə əsasən, idarənin bütün şəxsi heyəti sərəncama götürülüb.

Məlumatda bildirilir ki, polis polkovniki Rəşid Piriyev də idarənin rəisi vəzifəsinə təsdiqlənməyib. R.Piriyev hazırda idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edir.

 

Xatırladaq ki, bir neçə gün öncə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib, idarənin rəis müavini, polkovnik Rəşadət Babayev isə tutduğu vəzifədən azad edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA