qanun.info.az
qanun.info.az

Azərbaycanda 279 nəfər koronavirusa yoluxdu, 592 nəfər sağaldı, 6 nəfər öldü

Azərbaycanda 279 nəfər koronavirusa yoluxdu, 592 nəfər sağaldı, 6 nəfər öldü
1-08-2020, 18:46 2 332 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, 5 229 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA