qanun.info.az
qanun.info.az

Bakı və Abşeronda külək əsəcək - XƏBƏRDARLIQ

Bakı və Abşeronda külək əsəcək - XƏBƏRDARLIQ
1-08-2020, 18:47 2 323 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, avqustun 2-si axşamdan avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, avqustun 2-də Azərbaycanın şimal və qərb rayonlarında, avqustun 3-də isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, avqustun 2-də gündüz və avqustun 3-də küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

 

Havanın temperaturu avqustun 3-də 3-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi eh






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA