qanun.info.az
qanun.info.az

Bələdiyyə sədri cərimələnib

Bələdiyyə sədri cərimələnib
14-08-2020, 10:25 1 882 dəfə baxılıb

Füzuli rayonu Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3000 manat məbləğində cərimə edilib.

 

Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş” verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA