qanun.info.az
qanun.info.az

Paytaxtda karantin rejiminə əməl etməyən satış obyektləri aşkarlanıb

Paytaxtda karantin rejiminə əməl etməyən satış obyektləri aşkarlanıb
15-08-2020, 10:05 1 811 dəfə baxılıb

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına əməl etməyən satış obyektləri aşkarlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  rayon icra hakimiyyəti, Binəqədi RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun S.S.Axundov küçəsində "Rahat”, "Araz”, A.Kunanbayev küçəsində "Tayqa”, "Ruslan” və adsız digər marketlərinin icarədarları və tibbi maskalardan istifadə etməyən xidmət personalı inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə 8 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, cərimə olunublar.

 

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Vurğulanıb ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməlidir.

Rayon ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA