qanun.info.az
qanun.info.az

Azərbaycanda 4 067 nəfər COVID-19-dan sağalıb, 1 052 nəfər yoluxub, 34 nəfər vəfat edib

Azərbaycanda 4 067 nəfər COVID-19-dan sağalıb, 1 052 nəfər yoluxub, 34 nəfər vəfat edib
31-12-2020, 11:06 30 dəfə baxılıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4 067 nəfər müalicə olunaraq sağalıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 217 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2 609 nəfər vəfat edib, aktiv xəstə sayı 34 732 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 904, ötən müddət ərzində isə ümumilikdə 2 185 247 test aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA