qanun.info.az
qanun.info.az

Azərbaycanda 803 nəfər COVID-19-a yoluxub, 2918 nəfər sağalıb, 30 nəfər vəfat edib

Azərbaycanda 803 nəfər COVID-19-a yoluxub, 2918 nəfər sağalıb, 30 nəfər vəfat edib
4-01-2021, 10:18 21 dəfə baxılıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib, aktiv xəstə sayı 22 689 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 200, ötən müddət ərzində isə ümumilikdə 2 210 926 test aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA