Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
Bütün qapalı və açıq məkanlarda maska məcburidir.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.
Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.