Azərbaycana 2 milyon doza Sinovac vaksini gətirilib
Azərbaycanda Çin istehsalı olan Sinovac vaksinindən istifadə ediləcək.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.
Onun sözlərinə görə, bunun üçün 4 milyon doza sifariş verilib: "Artıq 2 milyon doza Azərbayacana gətirilib".