qanun.info.az
qanun.info.az

Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq

Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
16-01-2021, 12:16 44 dəfə baxılıb

Azərbaycanda koronavirusa qarşı vaksinasiya Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərargahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, Azərbaycan vaksinasiyanı ilk başlayan ölkələr arasındadır: "Bilirsiniz ki, dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayb. Azərbaycan vaksinasiyaya başlayan ölkələr arasındadır. Eyni zamanda Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə olunmasına nail olub”.

Ş.Mövsümov bildirib ki, yanvarın 18-dən vaksinasiya başlayacaq və tibb işçiləri vaksinasiyaya cəlb olunacaq: "Bu proses təqribən iki həftə davam edəcək. Növbəti mərhələdə, fevralın 1-dən 2-ci mərhələ, yəni 65 yaşdan yuxarı olan vətəndaşların vaksinasiya edilməsinə başlanılacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA