qanun.info.az
qanun.info.az

Koronavirusun hazırkı dalğasının nə zaman zəifləyəcəyi açıqlandı

Koronavirusun hazırkı dalğasının nə zaman zəifləyəcəyi açıqlandı
3-09-2021, 10:26 40 dəfə baxılıb

Hazırda Azərbaycanda koronavirusun müşahidə edilən növbəti dalğası yoluxanlarla sağalanlar arasında nisbət sağalanlar lehinə döndüyü zaman zəifləməyə başlayacaq.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, hazırda ölkəmiz üçün epidemioloji baxımdan çətin vaxtdır:

"Bu xəstəliyin xüsusiyyəti ondan ibarətdir ki, vaxtaşırı dalğalar başlayır. Hazırda zərərverici bir dalğanın tam ortasındayıq. Ancaq hər bir dalğanın başlanğıcı olduğu kimi sonu da var. Təcrübə göstərir ki, ortalama 6 həftəlik müddət içərisində yüksəlmələr, sonra enişlər olur.

Digər ölkələrin də təcrübəsi göstərir ki, yoluxanlarla sağalanlar arasında nisbət sağalanlar lehinə döndüyü zaman artıq dalğanın sönmə mərhələsinə getdiyi düşünülür və bu bir tibbi reallıqdır”.

 

R.Mahmudov bildirib ki, ölkədə sərt karantin rejimi olmasa da hər bir vətəndaş belə şiddətli dalğalar qarşısında özünü, ailəsini, ətrafını qorumaq üçün pandemiya qaydalarına riayət etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA