qanun.info.az
qanun.info.az

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
14-11-2021, 14:05 22 dəfə baxılıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadada havanın temperaturu gecə 8-10° isti, gündüz 14-16° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA