qanun.info.az
qanun.info.az

Azərbaycanda yeni "omikron" ştammı aşkarlanmayıb - RƏSMİ

Azərbaycanda yeni
29-11-2021, 13:05 47 dəfə baxılıb

Azərbaycanda COVİD-19-un yeni "omikron" ştammı aşkarlanmayıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, mərkəzin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb:

"Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində "cluster" tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb", - mütəxəssis əlavə edib.

Xatırladaq ki, Afrikanı cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının "omikron” hərfi ilə adlandırılıb. Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA