qanun.info.az
qanun.info.az

Nazir iki yüksək rütbəli polis məmurunu vəzifədən azad etdi

Nazir iki yüksək rütbəli polis məmurunu vəzifədən azad etdi
2-12-2021, 11:44 109 dəfə baxılıb

Şəmkir rayon Polis Şöbəsinin iki yüksək rütbəli əməkdaşı vəzifəsindən azad edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmrlər imzalayıb.

Nazirin əmrləri ilə şöbənin xidmət üzrə rəis müavini, polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Vüqar Məmmədov vəzifədən azad edilərək sərəncama götürülüblər.

 

Məlumata görə, hər iki şəxs xidmətdə yol verdikləri nöqsanlara görə vəzifədən çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA