qanun.info.az
qanun.info.az

Ötən gün 100-dən artıq şadlıq sarayında monitorinq keçirilib, 4 nəfər cərimələnib

Ötən gün 100-dən artıq şadlıq sarayında monitorinq keçirilib, 4 nəfər cərimələnib
3-12-2021, 11:32 100 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, dekabrın 2-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 103 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 101 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

 

17 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA