qanun.info.az
qanun.info.az

Amnistiya aktı çərçivəsində 1 saylı cəzaçəkmə müəssisəsindən 19 nəfər azad edilib

Amnistiya aktı çərçivəsində 1 saylı cəzaçəkmə müəssisəsindən 19 nəfər azad edilib
3-12-2021, 11:39 113 dəfə baxılıb

Penitensiar Xidmət üzrə 1 saylı cəzaçəkmə müəssisəsindən amnitsiya şamil edilən 19 nəfər azad edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, onlardan 9 nəfər azadlığa buraxılıb, 10 nəfər isə gün ərzində azadlığa çıxacaq.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Proses 4 ay müddətində davam etdiriləcək. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA