qanun.info.az
qanun.info.az

Azərbaycanda yas mərasimlərin keçirilməsinə icazə verilsin - Deputatdan təklif

Azərbaycanda yas mərasimlərin keçirilməsinə icazə verilsin - Deputatdan təklif
14-12-2021, 13:36 93 dəfə baxılıb

Azərbaycanda yas mərasimlərin keçirilməsinə icazə verilsin.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  bu təkliflə deputat Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, onlarla insan ona müraciət edərək bu məsələni qaldırmağı xahiş edib.

"Onlarla vətəndaş xahiş edir ki, yaslara da icazə verilsin. Toyların 150 nəfər olmaqla keçirilmsinə icazə verilib. Hesab edirəm ki, yas məclislərinin də 100-150 nəfər civarında keçirilməsinə icazə verilə bilər. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur”, - deyə R.Nurullayev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA