qanun.info.az
qanun.info.az

Ağsuda bərbərxanada aşkarlanan koronavirus xəstəsinə cinayət işi başlanılıb

Ağsuda bərbərxanada aşkarlanan koronavirus xəstəsinə cinayət işi başlanılıb
16-12-2021, 10:51 98 dəfə baxılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkar edilərək saxlanılıb.

 

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Rüfət Mirzəyev koronavirus infeksiyasına yoluxduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib və qaydalara riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxs yaşadığı ünvanı tərk edib və özünə məxsus bərbərxanaya gedərək digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb.Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

R.Mirzəyev barəsində Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA