qanun.info.az
qanun.info.az

Şəkidə şirniyyat sexində nöqsanlar aşkar olunub

Şəkidə şirniyyat sexində nöqsanlar aşkar olunub
16-12-2021, 11:03 101 dəfə baxılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, Sabit Rəhman küçəsi 69 ünvanında yerləşən, Nuhzadə İlqar Məmmədhənifə oğluna məxsus "Nur” şirniyyat istehsalı müəssisəsində planlı yoxlama keçirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, satışa təqdim olunan şirniyyat məhsullarının üzərində zəruri məlumatların qeyd edilmədiyi, xammal kimi istifadə olunan məhsulların birbaşa istehsal sahəsində saxlanıldığı, həmçinin istehsal sahəsində sobanın üzərində ventilyasiya sisteminin quraşdırılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi, dezinfeksiya, deratizasiya, dezinseksiya işlərinin aparılmadığı məlum olub. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq", - məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA