qanun.info.az
qanun.info.az

Koronavirus xəstəsi yaşayış yerini tərk etdi, qonşu rayonda aşkarlandı

Koronavirus xəstəsi yaşayış yerini tərk etdi, qonşu rayonda aşkarlandı
16-12-2021, 11:04 98 dəfə baxılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etmiş Yardımlı sakini olan aktiv koronavirus xəstəsi aşkar edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Yardımlı rayon sakini E.Quliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk edərək Masallı rayonuna gəldiyi müəyyən edilib. E.Quliyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA