qanun.info.az
qanun.info.az

Dilənçilərə pul verərkən diqqətli olun - DİN-dən müraciət

Dilənçilərə pul verərkən diqqətli olun - DİN-dən müraciət
4-05-2022, 15:15 14 dəfə baxılıb

Bir neçə gün öncə Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. Bu hadisə yenidən dilənçilərlə bağlı məsələni gündəmə gətirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlama verən DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, belə dələduzlarla əlaqədar vətəndaşlara dəfələrlə müraciət edilib:

"Məscidlərin, ziyarətgahların ətrafında belə insanlar vətəndaşların etibarından sui-istifadə edərək onları aldatmağa cəhd göstərirlər. Hər zaman vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar.

 

Bütün ictimai yerlərdə bu kimi neqativ hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir. Bir məqamı da qeyd etmək istəyirəm ki, vətəndaşlar tərəfindən də bu kimi hallar aşkarlanarsa, müşahidə olunarsa, dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat versinlər", - deyə N.Əliyev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA