qanun.info.az
qanun.info.az

Yol polisi "TEKNOFEST"lə bağlı sürücü və piyadalara müraciət edib

Yol polisi
24-05-2022, 12:45 28 dəfə baxılıb

Bakı Şəhər BPİ DYPİ "TEKNOFEST"lə bağlı avtomobil sürücülərinə və paytaxt sakinlərinə müraciət edib.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, müraciətdə deyilir: "2022-ci ilin may ayının 26-dan 29-dək 4 gün boyunca Bakı Kristal Hall və onun ətrafı Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan "TEKNOFEST” Aerokosmik və Aviasiya Festivalı keçiriləcək. Festivalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil edilib.

Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 may metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə "Baku Bus” MMC-nin avtobusları ilə hərəkət edəcəklər. Eyni zamanda əraziyə sərnişinlərin daşınmasında "Bakı Taksi” MMC-yə məxsus olan ekoloji təmiz taksilər də hərəkət edəcəklər. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və Kristal Holl istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər. Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, içtimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festivalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, Kristal Hall və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır.

Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışlarına görə təşəkkür edirik", - müraciətdə deyilir.

Bakıda "Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda "Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

 

 

"Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.AzMilli.AzAzernewsEastweststreamToday.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA