qanun.info.az
qanun.info.az

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb
25-05-2022, 11:39 29 dəfə baxılıb

Hazırda Azərbaycanda 2135 vəkil fəaliyyət göstərir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

"Bu say daim dəyişir. Çünki vəkilliyə qəbul olunan şəxslər, dövlət qulluğuna keçən şəxslər olur. Əminliklə demək olar ki, gələn ay vəkillərin sayı 2200 nəfəri ötəcək. Hazırda vəkilliyə namizədlər bütün mərhələlərdən keçib, imtahanı uğurla veriblər. Ədliyyə Akademiyasında kurslar tamamlanıb. Gələn ay ərzində çoxsaylı namizədləri vəkilliyə qəbul edəcəyik",-kollegiya sədri bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan Vəkillər Kollegiyasının 300 nəfərdən artıq qadın vəkil üzvü var:

"Hazırda Qadın Vəkillərin Alyansı yaradılıb. Bu gün Rəyasət Heyətinin iclasında Alyansın əsasnaməsi təsdiq olunacaq. Ümid edirəm ki, bu səmərəli fəaliyyət göstərən qurum olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA