qanun.info.az
qanun.info.az

Bakıda qanunsuz parkinqin yerində ağac əkilib

Bakıda qanunsuz parkinqin yerində ağac əkilib
10-06-2022, 12:05 19 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Bakının mərkəzində yaradılan, sonradan sökülən qanunsuz parkinqin yerində ağac əkilib.

Trend ərazidən görüntüləri təqdim edir.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA