qanun.info.az
qanun.info.az

İçərişəhərin qala divarını yazan şəxs saxlanılıb

İçərişəhərin qala divarını yazan şəxs saxlanılıb
10-06-2022, 12:07 21 dəfə baxılıb

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar paylaşılıb.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məlum hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi müraciəti əsasında araşdırma aparılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Səbail Rayon Polis İdarəsinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində əməli törədən şəxsin 26 yaşlı Bakı şəhər sakini S. Qurbanzadə olduğu müəyyən edilib.

Yaxın vaxtlarda hadisəyə hüquqi qiymət verilməsi təmin ediləcək.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha tariximizin və mədəniyyətimizin nadir incisi olan İçərişəhərin və onun abidələrinin qorunmasına biganə olmayan hər bir kəsə təşəkkür edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA