qanun.info.az
qanun.info.az

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb
17-06-2022, 12:04 21 dəfə baxılıb

Cəbrayılda minaya düşən Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının vəziyyəti açıqlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Agentliyin Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün ANAMA-nın əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

"Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hal-hazırda vəziyyəti stabildir.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA