qanun.info.az
qanun.info.az

1233 məhkuma elektron qolbaq taxılıb

1233 məhkuma elektron qolbaq taxılıb
21-06-2022, 14:06 21 dəfə baxılıb

Bakı şəhəri üzrə 2812 nəfər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza çəkir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən, Baş ədliyyə müşaviri Namiq İsmayılov deyib.

O bildirib ki, həmin şəxslərdən 1233 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır.

 

 

 

"Bundan başqa, 139 nəfər cərimə cəzasına məhkum edilib, 27 nəfər islah işlərinə cəlb olunub, 205 nəfər isə cəzadan şərti olaraq vaxtından tez azad edilənlərdir",- N.İsmayılov deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA