qanun.info.az
qanun.info.az

Bu gün general olan polis rəisləri hansı vəzifədə çalışır?

Bu gün general olan polis rəisləri hansı vəzifədə çalışır?
1-07-2022, 15:39 25 dəfə baxılıb

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin (DİN) aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

General-mayor rütbəsi verilən polis polkovniki Canpolad Alı oğlu Daanov. Hazırda DİN Polis Akademiyası rəisi vəzifəsində çalışır.

General-mayor rütbəsi verilən digər şəxs polis polkovniki Namiq Zirəddin oğlu Həsənov. DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi vəzifəsində çalışır.

General-mayor rütbəsi verilən polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.

General-mayor rütbəsi verilən polis polkovniki polis polkovniki Sərdar Süleyman oğlu Səfərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA