qanun.info.az
qanun.info.az

Baş Prokurorluq Nabrandakı zəhərlənmə ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Nabrandakı zəhərlənmə ilə bağlı məlumat yayıb
20-07-2022, 14:42 44 dəfə baxılıb

Baş Prokurorluq Nabrandakı zəhərlənmə ilə bağlı məlumat yayıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.

"Vəziyyətləri normal qiymətləndirilir.

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib", - məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA