qanun.info.az
qanun.info.az

Ölümün qeydə alınması qaydasını pozanlar üç yüz manatadək cərimələnəcək

Ölümün qeydə alınması qaydasını pozanlar üç yüz manatadək cərimələnəcək
14-01-2023, 12:22 18 dəfə baxılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Dəyişikliyə əsasən məcəllənin 43.1-ci maddəsinə aşağıdakı məzmunda 562-1-ci maddə əlavə edilir

"Maddə 562-1. Ölümün qeydə alınması qaydasının pozulması

562-1.1. Tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə -

vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

562-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə -

vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA