DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsini dərin ehtiramla yad etmiş, məzarlarına qərənfillər düzmüşlər.
Sonra Xidmətin şəxsi heyəti adından "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunmuşdur.