qanun.info.az
qanun.info.az

Qusarda istirahət mərkəzində yanğında xəsarət alanlardan 2-nin vəziyyəti ağırdır - TƏBİB

Qusarda istirahət mərkəzində yanğında xəsarət alanlardan 2-nin vəziyyəti ağırdır - TƏBİB
22-01-2023, 14:53 14 dəfə baxılıb

Qusar rayonunda yerləşən "Park Qusar" istirahət mərkəzində baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə   TƏBİB-dən bildirilib.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir. 1 nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA