qanun.info.az
qanun.info.az

Astana prosesinə daha 5 ölkə qoşula bilər - Ərdoğan adları açıqladı

Astana prosesinə daha 5 ölkə qoşula bilər - Ərdoğan adları açıqladı
10-04-2019, 10:23 227 dəfə baxılıb

Suriyada münaqişənin nizamlanması üzrə Astana prosesinə daha 5 ölkə qoşula bilər. Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Türkiyəli lider qeyd edib ki, gələcəkdə Astana prosesinin möhkəmlənməsi üçün İordaniya, İraq, Livan, Almaniya və Çin bura qoşula bilər.

Xatırladaq ki, Suriyada münaqişənin nizamlanması üzrə yaradılmış Astana prosesində Rusiya, İran, Türkiyə, Qazaxıstan və Suriya iştirak edir.

 

R.T.Ərdoğan həmçinin qeyd edib ki, yaxın vaxtlarda Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin Suriya məsələsi ilə bağlı ikinci sammiti baş tuta bilər.

Qeyd edək ki, 2011-ci ildən Suriyada silahlı münaqişə davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA