qanun.info.az
qanun.info.az

Moskvada koronavirusdan ölənlərin sayı 10 317 nəfərə çatıb

Moskvada koronavirusdan ölənlərin sayı 10 317 nəfərə çatıb
19-12-2020, 10:35 52 dəfə baxılıb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 74 nəfər ölüb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 74 xəstə dünyasını dəyişib".

Ümumilikdə pandemiyanın başlayandan Rusiyanın paytaxtında virusa 722 178 nəfər yoluxub, 557 028 nəfər xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 10 317 nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA