ÜST: Dünyada koronavirusa yoluxanların sayı 692 mindən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 692 mindən çox artıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 692 018 nəfər yeni koronavirusa yoluxub, 13 941 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 81 475 053, ölənlərin isə 1 798 050 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.