İsraildə koronavirusa yoluxanların sayı 433 min nəfəri ötüb
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 289 nəfər yoluxub.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 433 799 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 381 714 nəfəri sağalıb, 3 384 nəfəri isə vəfat edib.