qanun.info.az
qanun.info.az

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
17-01-2021, 10:58 29 dəfə baxılıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 688 mindən çox artıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 688 015 nəfər yeni koronavirusa yoluxub, 14 718 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 92 506 811, ölənlərin isə 2 001 773 nəfərə çatıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA