qanun.info.az
qanun.info.az

Pentaqon Əfqanıstanda qoyduğu silahlardan Talibanın istifadə edə bilməsini mümkün saymır

Pentaqon Əfqanıstanda qoyduğu silahlardan Talibanın istifadə edə bilməsini mümkün saymır
1-09-2021, 09:33 22 dəfə baxılıb

Taliban Kabul hava limanında qalan Amerika hərbi texnikasından istifadə edə bilməyəcək, hərbçilər bunun qeydinə qalıblar.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  bunu Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

"Hava limanında qalan hərbi texnikanın istifadə edilməməsi üçün hər şeyi etdik. Bu uçan aparatlara və hərbi maşınlara da aiddir", - Kirbi deyib.

O bildirib ki, Taliban bu texnikanı yoxlaya, öyrənə biləcək, amma istifadə etmələri mümkün olmayacaq.

Bununla birgə, mətbuatda yayılan məlumatlara əsasən, Taliban Əfqanıstan hökumət ordusuna ABŞ tərəfdən verilən on milyardlarla dəyərində silahları ələ keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA