qanun.info.az
qanun.info.az

Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır

Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
23-10-2021, 14:47 18 dəfə baxılıb

Rusiyada son sutka ərzində 1 075 nəfər koronavirusdan vəfat edib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstərici olub.

Oktyabrın 21-də 1 064 nəfərin ölümü qeydə alınmışdı. Rusiyada bu günədək ölənlərin sayı isə 229 528 nəfərə çatıb.

Eyni zamanda ölkədə son sutkada 37 678 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə qeydə alınan rekord göstərici olub.

Bu günədək yoluxanların sayı 8,2 milyon nəfəri ötüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA