qanun.info.az
qanun.info.az

Qazaxıstanda mədəndə metan qazı sızıb, 6 nəfər ölüb

Qazaxıstanda mədəndə metan qazı sızıb, 6 nəfər ölüb
7-11-2021, 12:10 26 dəfə baxılıb

Qazaxıstanın Karaqanda vilayətində mədəndə metan qazının sızması baş verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə vilayətin Abay şəhərində baş verib.

İlkin məlumatlara görə, mədəndə 64 işçi olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Talqat Uali bildirib ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 2 nəfər yaralanıb (onların vəziyyəti dəqiqləşdirilir).

 

Qazaxıstan Respublikasının Baş naziri Askar Mamin tapşırığı ilə fövqəladə hallar naziri Yuri İlinin başçılıq etdiyi komissiya hadisə yerinə yola düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA