qanun.info.az
qanun.info.az

Ermənistanın fövqəladə hallar naziri həbs edilib

Ermənistanın fövqəladə hallar naziri həbs edilib
1-04-2022, 11:16 36 dəfə baxılıb

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan məhkəmənin qərarı ilə həbs edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, A.Piloyan korrupsiyada ittiham olunub.

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkənin Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda və xüsusilə külli miqdarda rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda mənimsəmə faktları ilə bağlı faktiki məlumatların daxil olduğunu bildirib.

 

Cinayət işinin istintaqı zamanı Fövqəladə Hallar Nazirliyinin rəhbəri Andranik Piloyan, onun müşaviri, o cümlədən nazirliyin 10-dan çox əməkdaşı, o cümlədən müxtəlif idarələrin rəhbərləri iştirak edən bu cinayətlərlə bağlı çoxsaylı faktların üstü açılıb.

Piloyan Ermənistan Cinayət Məcəlləsinin "külli miqdarda rüşvət alma” maddəsi ilə ittiham olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA