qanun.info.az
qanun.info.az

Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist vəfat edib

Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist vəfat edib
12-12-2022, 10:20 37 dəfə baxılıb

Qətərli fotoqraf Xalid əl-Misslam Qətərdə keçirilən dünya çempionatını işıqlandırarkən dünyasını dəyişən ikinci jurnalist olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, fotomüxbirin ölümü haqqında xəbəri Qətərin "Gulf Times" qəzeti yayıb.

Xalid əl-Mislam "Al Kass TV"nin fotomüxbiri olub.

Onun ölümün səbəbi barədə məlumat verilmir.

Xatırladaq ki, dekabrın 9-da Argentina və Niderland milli komandaları arasında keçirilən dünya çempionatının 1/4 final matçında (2:2, 4:3 penaltilər) CBS Sports televiziya şəbəkəsində çalışan amerikalı idman jurnalisti Qrant Uol vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA