qanun.info.az
qanun.info.az

MiQ-29 təyyarəsinin pilotu ilə vida mərasimi keçirilir (FOTO) (YENİLƏNİR)

MiQ-29 təyyarəsinin pilotu ilə vida mərasimi keçirilir (FOTO) (YENİLƏNİR)
21-08-2019, 10:48 62 dəfə baxılıb

Ötən gün meyiti tapılan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi keçirilir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, mərhum pilotla vida mərasimi Yeni Yasamalda yerləşən evinin həyətində başlayıb.

R.Atakişiyevlə rəsmi vida mərasimi hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam etdirilir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vida mərasimində iştirak edir.

 

Pilot daha sonra II Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA