qanun.info.az
qanun.info.az

Diqqət! Bakıda bəzi küçələrdə rənglənmə işləri aparılacaq

Diqqət! Bakıda bəzi küçələrdə rənglənmə işləri aparılacaq
23-08-2019, 13:04 54 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov bağının ətrafı, Səid Rüstəmov və Əhməd Cavad küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA