qanun.info.az
qanun.info.az

Su hövzələrinin qanunsuz ov vasitələrindən təmizlənməsi üçün növbəti reyd keçirildi

Su hövzələrinin qanunsuz ov vasitələrindən təmizlənməsi üçün növbəti reyd keçirildi
14-01-2020, 11:01 10 dəfə baxılıb

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Xəzər dənizinin Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələri, Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində, Binəqədi rayonunun Zəli gölünün ətrafında növbəti reyd keçirilib. Ərazilər balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Ekologiya İdarəsinin rəisi Əlişah Rəcəbov bildirib.

O qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir: "Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq. İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA