qanun.info.az
qanun.info.az

Niyə qız yox, oğlan? - Övlad seçimi təhlükələrə səbəb ola bilər - VİDEO - FOTO

Niyə qız yox, oğlan? - Övlad seçimi təhlükələrə səbəb ola bilər - VİDEO - FOTO
25-07-2018, 18:29 241 dəfə baxılıb

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələrində 144 min 41 doğulmuş körpə qeydə alınıb. Yeni doğulanlar arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edib. Hər 100 doğulan qıza 114 oğlan düşüb.

Milli.Az bildirir ki, ARB 24 mövzuyla bağlı süjet hazırlayıb.

Lənkəranda 2016-ildə doğulan 3379 körpədən 1683-ü qız, 2017-ci ildə dünyaya gələn 2986 uşaqdan 1488-i qız olub. Bu da faiz nisbəti ilə 49,8 faz təşkil edir. Qızların sayının azalmasına əsas səbəb bir çox ailələrin oğlan uşaqlarına üstünlük verməsidir. Hətta ilk hamiləlikdə uşağın cinsiyyəti məsələsinə önəm verən ailələr də var.

Rəisə Kazımova - Mama-Ginekoloq: "Hardasa 60-70 faizi oğlan olur, qalanı qız olur. Bizə elə müraciətlər rast gəlir ki, oğlan olsa saxlayarlar, qız olsa pozdurarlar. Gün ərzində 10-12-15 xəstə müraciət edirsə, onun içərisində 1-2 nəfər ola bilər ki, qız-oğlan məsələsinə görə müraciət eləsin. Bəzilərini fikrindən daşındıra bilirik, bəziləri isə eşitmək istəmir.

Çox zaman oğlan uşağı olanadək ana bətnində olan qız dölləri tibbi müdaxilələr yolu ilə kənarlaşdırılır. Bu müdaxilələr isə ana üçün təhlükə, hətta ölüm riski deməkdir.

Ekspertlər bildirirlər ki, bu məsələdə təkcə ataların yox, "oğlumun mütləq oğlu olmalıdır" deyən qayınanaların da təsiri çoxdur. Habelə günümüzdə qadınların zorakılığa məruz qalması, əks cins tərəfindən qətlə yetirilməsi hallarından yaranan xof və qorxu da bəzi ailələri bu addımı atmağa sövq edir.

Psixoloqlar isə hesab edirlər ki, qızlara münasibətin kökü qədimlərə dayanır. Oğlan övladı yüksək tutularaq nəslin davamçısı kimi dəyərləndirilib. "Oğlan düşmən çəpəridir", "qız yükü, duz yükü" kimi yanaşmalar bu günümüzdə də öz acı nəticələrini göstərir.

 

Ekspertlər bildirirlər ki, övladın qız və ya oğlan olmasının fərqi yoxdur. Valideynin əsas vəzifəsi onlara düzgün tərbiyə verib, cəmiyyət üçün gərəkli fərdə çevirməkdir.

Üz tutduğumuz Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsinin qarşısında qarşılaşdığmız mənzərə, doğulmuş körpələrinin yolunu gözləyən ailə üzvləri ilə söhbət qız uşaqlarına münasibətin dəyişməsinə inamı bir qədər artırdı.

Səmayə Hümbətova - Sakin: "8-ci nəvəmdir. 5 qız nəvəm var. Nə olar qız olanda".

Cinayət Məcəlləsinin 141-ci maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə iki yüz manatadək cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə üç yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.


Niyə qız yox, oğlan? - Övlad seçimi təhlükələrə səbəb ola bilər






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA