qanun.info.az
qanun.info.az

Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib

Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib
9-11-2020, 11:21 15 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.

Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA