qanun.info.az
qanun.info.az

Qarabağda Rusiya hərbçisi ermənilərin basdırdığı minaya düşərək həlak olub

Qarabağda Rusiya hərbçisi ermənilərin basdırdığı minaya düşərək həlak olub
19-12-2020, 10:33 58 dəfə baxılıb

Şuşa şəhərinin ətrafında ərazilərin minalardan təmizlənməsi əməliyyatı zamanı partlayış baş verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Dekabrın 17-si Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayış baş verib. Partlayış nəticəsində Minaların Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb".

 

Bildirilir ki, hadisə yerində zabitə ilkin tibbi yardım göstərilib: "Yaralanan zabit hospitala aparılarkən vəfat edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA