qanun.info.az
qanun.info.az

İQAK Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçirib

İQAK Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçirib
20-03-2021, 21:00 109 dəfə baxılıb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Komitədən verilən məlumata görə, BMT-nin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiyasının Fakültativ protokolu əsasında təşkil olunmuş monitorinqimizin məqsədi saxlanma şəraitinin, rəftarın, saxlanılan şəxslərin hüquqlarının təmin olunmasının,onların qidalanması, gəzintiyə çıxarılması, dərman preparatları ilə, normal yataq şəraiti ilə təmin olunması,hava şəraiti ilə əlaqədar kameraların istilik sistemi ilə təmin olunması,pandemiya dövründə gigiyena qaydalarına əməl olunmasının öyrənilməsi olub:

"Monitorinqdə komitə sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov iştirak edib.

Monitorinq zamanı heç bir nöqsan aşkar edilmədi, kameralarda istilik sistemi, havalandırma sistemi işləyir, saxlanılan şəxlərə gündə 3 dəfə isti yemək verilir, gündə iki saat təmiz havada gəzmək hüquqları təmin olunur, kameralarda təbii havalanma və işıqlanma var, gigiyena qaydalarına tam əməl olunur, həftədə iki dəfə dizinfeksiya işləri aparılır.Ümumi nəticə qənaətbəxş idi".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA